Bakıda gənc qız dəm qazından boğulub

24 Yanvar 2021 23:24

Bakının Sabunçu rayonunda dəm qazından boğulma hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Sabunçu qəsəbəsində baş verib.

20 yaşlı Məmmədova Nuranə Habil qızı hamam otağında dəm qazından boğulub.

N.Məmmədova 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az