Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb

24 Yanvar 2021 18:56

Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra 14 gündür dağıntılar altında qalan mədənçilərin 11-i oradan çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk xilas edilmiş mədənçi yerli vaxtla səhər 11:13-də çıxarılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxanaya aparılıb.

Xilasetmə əməliyyatına 633 nəfər və 407 texnika cəlb olunub.

Milli.Az