Quldurların hücumuna məruz qalan gəmi Qabon sahillərinə çatıb

24 Yanvar 2021 17:48

Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan "MOZART" konteyner gəmisi Qabonun Port Jantil liman şəhəri sahillərinə yanaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu bildirib.

Nazir qeyd edib ki, gəmi saat 11:00-da Port-Jantil sahillərinə yanaşıb.

A.Karaismayıloğlu quldurlarla toqquşmada öldürülən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verdi:

"15 dənizçimizin sağ-salamat Türkiyəyə dönməsi üçün bütün səyləri səfərbər etdik".

Milli.Az