Vaskes "Real"ın təklifini rədd etdi

24 Yanvar 2021 18:48

"Real"ın müdafiəçisi Lukas Vaskes klubun yeni müqavilə təklifini rədd edib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı müdafiəçiyə hazırkı maaşının saxlanılması ilə 3 illik yeni müqavilə təklif edib. İspaniyalı oyunçu isə daha çox məvacib istədiyi üçün bunu qəbul etməyib.

Qeyd edək ki, Vaskes bu mövsüm 16 matça çıxaraq, 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Milli.Az