Baş həkim Cəlil Nəzərov barəsində həbs qərarı verildi

24 Yanvar 2021 17:16

Binəqədi Rayon Məhkəməsində Masallı rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən,  C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, C.Nəzərov yanvarıın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Milli.Az