Baş həkim vaksinasiyadan sonra arxayınlaşmamağa çağırır

24 Yanvar 2021 18:06

"Peyvəndləmə koronavirusla mübarizənin əsas halqalarındandır".

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.

"Vaksinasiya pandemiyanın yox olmasına kömək edəcək. Lakin peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz. Pandemiya bitənə qədər maska istifadə edilməli, gigiyena qaydalarına, sosial məsafə prinsiplərinə əməl olunmalıdır. Bu virus sürətlə yayılma qabiliyyətinə malikdir. Hər yeni yoluxma halı bir neçə nəfərin yoluxması və virusun zəncirvari yayılması deməkdir. Ona görə də təkcə vaksinasiyaya arxayın olaraq digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz" - deyə baş həkim bildirib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Milli.Az