Gürcüstanda son sutkada COVID-19-a 546 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb

24 Yanvar 2021 18:03

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  546 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  253 518, ölənlərin sayı isə 3055 nəfərə çatıb.

Virusa yoluxanlardan 242 085 nəfərin sağaldığı bildirilir.

Milli.Az