Afrikada koronavirusdan ölənlərin sayı 83 mini keçdi

24 Yanvar 2021 17:30

Afrika qitəsində COVID-19-dan ölənlərin sayı 83 mini keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Afrika nümayəndəliyi məlumat yayıb.

"Qitədə ümumilikdə koronavirusa 3.3 milyon yoluxma qeydə alınıb. 2.8 milyondan çox insan xəstəlikdən müalicə olunaraq sağalıb", - deyə qurumdan bildirilib.

Milli.Az