İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır

24 Yanvar 2021 17:24

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 550 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 593 578 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 512 469 nəfəri sağalıb, 4 326 nəfəri isə vəfat edib.

Milli.Az