“Fənərbaxça”dan yeni transfer

24 Yanvar 2021 17:12

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kuinz Park Reyncers"dən Brayt Osayi-Samuelinin transferi üçün razılıq əldə edib. 23 yaşlı yarımmüdafiəçi tezliklə İstanbula gəlib tibbi müayinədən keçəcək və 4.5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Osayi-Samuel 2017-ci ildən "Kuinz Park Reyncers"də çıxış edir. O, daha öncə iki il yetirməsi olduğu "Blekpul"da da forma geyinib.

Milli.Az