Ötən il mobil tətbiqlərə nə qədər pul xərclənib?

26 Yanvar 2021 22:45

Sensor Tower tərəfindən açıqlanan məlumatlara görə, mobil tətbiq xərcləri 2020-ci ildə 30 faiz artaraq 111 milyard dollara çatıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2020-ci ildə mobil tətbiq bazarının qazancının 71 faizi mobil oyunlardan götürülüb.

2020-ci ildə App Store və Google Play Store-da yüklənən tətbiqlərin sayı 143 milyarda yüksəlib. Bu yüklənmə sayı 2019-cu ildəki 115,5 milyard yükləmədən 23,7 faiz çoxdur.

Məlumatlar mobil oyun yükləmə sayının ilk dəfə hər iki bazarda əvvəlki ilə görə 33 faiz artaraq 56,2 milyarda çatdığını göstərir.

Milli.Az