Resident Evil Village 7-nin təqdimat tarixi məlum oldu

26 Yanvar 2021 23:45

Resident Evil Showcase rəqəmli proqramı çərçivəsində Capcom Resident Evil seriyasının səkkizinci əsas oyunu olan həyatda qalma dəhşət oyunu Resident Evil Village haqqında vacib məlumatlar verdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, Resident Evil Village 2021-ci il 7 mayda PlayStation 5, Xbox Series XS və Steam-də, həmçinin PlayStation 4 və Xbox One platforma seçimləri ilə dünya miqyasında satışa çıxarılacaq.

Resident Evil Village ilk olaraq Resident Evil 7 biohazard-da başlayan Ethan Winters-in hekayəsini davam etdirir.

Oyun boyunca tapılan materiallardan istifadə etmək, kəndin dəhşətlərindən qurtulmaq üçün lazımi materialları hazırlamaq mümkün olacaq.

Milli.Az