Solovyovun erməni "dərnəyi" Sobçakı da bezdirib - VİDEO

24 Yanvar 2021 12:05

"Biz bəzən ne baş verdiyini anlamırıq. Müdaxilə üçün əmr də almadığımızdan oturub baxırıq, gözləyirik. Sonra qəflətən, görürsən ki, nə isə baş verdi".

"Rossiya seqodnya" və "Sputnik" informasiya agentliklərinin baş redaktoru Marqariqa Simonyanın etirafı belə olub.

O, "Rossiya 1" telekanalında "Vladimir Solovyovla axşam" tok-şousunda aparıcı V.Solovyovun "zarafat"ını belə cavablayıb.

V.Solovyov isə erməni M.Simonyanı "Putinin bütün media marionetkalarının, kuklalarının rəhbəri" adlandırıb.

Şounun digər iştirakçıları isə ya ermənilər, ya da ermənilərdən artıq erməni olmağa çalışanlar idi.

Rusiyanın məşhur teleaparıcılarından biri, jurnalist Kseniya Sobçak isə V.Solovyovla M.Simonyanın davranışlarınıi "media idbarlığı", sözügedən "Axşam" proqramını isə "Solovyovun erməni dərnəyi" adlandırıb.

Proqram həmişəki kimi, isterika və primitiv təbliğat, kütləyə təsir metodologiyasının ən bəsit təmrinləri üzərində köklənmiş şou olsa da, Vladimir Rudolfoviç Solovyovun mahiyyətini, məqsədlərini və ən başlıcası, kimlər tərəfindən maliyyələşdirildiyini ortaya qoyub.

Onun fikrincə, ermənipərəstliyini gizlətməyən və Rusiyanın federal telekanallarındakı proqramlarında Ermənistanla erməni diasporunun maraqlarının müdafiəçisi ilə təbliğatçısına çevrilmiş Vladimir Solovyov jurnalistikadan çox kənar insandır.

Solovyovun verilişlərində ermənilərin maraqları birmənalı olaraq dəstəklənir, onların tələbləri səsləndirilir və bu zaman Rusiyanın Cənubi Qafqazdakı geosiyasi mənafeləri qulaqardına vurulur.

Halbuki V.Solovoyov bu maraqlarla mənafelər barədə danışmağı çox sevir, özünü az qala "Rusiyanın maraqlarının ən böyük, ciddi, daimi və təmənnasız müdafiəçisi" kimi təqdim edir.

"Sputnik"i faktiki olaraq erməni diasporunun mənafelərinin ruporuna çevirmiş Marqarita Simonyan da V.Solovyovun ən yaxın həmkarlarından biridir.

Onlar Rusiyanın mass-mediasının əksər hissəsinin ermənilərin kontrolunda olduğunu etiraf edirlər və az qala bununla qürurlanırlar da.

Absurd o həddə çatıb ki, Marqarita Simonyanın Ermənistanın və dünya erməniliyinin müdafiəsindən ibarət olan fəaliyyəti Rusiyanın bir sıra regionlardakı maraqları ilə kəskin ziddiyyət təşkil edir. Rusiya rəhbərliyi isə erməni siyasi dairələrin və xüsusilə də diaspor təşkilatlarının ölkə mediasına aşkar təsirlərinə göz yummaqla postsovet məkanında müttəfiq ola biləcək dövlətləri özündən incik salır, münasibətlərdə sərinləşmələrin yarandığını sezsə də, adekvat addımlar atmır.

Tipik misal Marqarita Simonyanın rəhbərlik etdiyi "RİA Novosti" və "Sputnik" dövlət informasiya agentliklərinin İkinci Qarabağ Savaşı günlərində aşkar şəkildə Ermənistanın tərəfini tutması, İrəvanın maraqlarını var gücü ilə müdafiə etmələri, hərbi əməliyyatlarla bağlı əksər hallarda Azərbaycana qarşı yönəlmiş insuniasiyalar və dezinformasiylaar yaymasını göstərmək olar.

Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən bu strukturlar Moskvanın yox, İrəvanın media qurumları kimi çıxış edirlər.

Marqarita Simonyanın Azərbaycana qarşı yönəlmiş təxribatları və çirkin qərəzi Vladimir Solovyovun teleşousunda da nümayiş olundu.

Halbuki bu adamlar hələ də dərk etmirlər ki, elə həmin Rusiyanın sosial şəbəkələrində fasiləsiz olaraq ələ salınır, "propoqandon" adlandırılır, əxlaqlarını, mənəviyyatlarını və mənliklərini pula satmış zavallılar kimi tanınırlar.

"News Media" holdinqinin rəhbəri Aram Qabrelyovla birlikdə trio yaratmış Marqarita Simonyan və Vladimir Solovyov sürəkli olaraq ermənilərin maraqlarını müdafiə edirlər.

Pul verildiyi müddətcə. Vəsait axını kəsildikdə isə onların erməni maraqlarına xəyanət edəcəkləri şübhəsizdir.

Çünki bu, bir erməni xislətidir.

Orxan Hun
Milli.Az