Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub

24 Yanvar 2021 10:39

Fransada artıq 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın baş naziri Jan Kasteks özünün "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, Fransada koronavirusa qarşı peyvəndləmə ötən il dekabrın 27-si başlayıb. İlk növbədə qocalar evinin sakinləri və səhiyyə işçilərinin peyvəndlənməsi nəzərdə tutulub.

Milli.Az