Konor Makqreqor Dastin Poryeyə məğlub oldu - VİDEO

24 Yanvar 2021 10:26

UFC-257 turniri çərçivəsində irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Puarye arasında döyüş baş tutub.

Milli.Az xəbər verir ki, Əbu-Dabidə yüngül çəki kateqoriyasında üz-üzə gələn tərəflərin qarşılaşması böyük marağa səbəb olub.

İdmansevərlərin diqqətini çəkən qarşılaşmadan Dastin Porye qələbə ilə ayrılıb. 

Tərəflər ilk dəfə 2014-cü ilin sentyabrın 27-də üz-üzə gəlmişdilər. Həmin görüşün birinci raundunda Makqreqor rəqibini nokauta salmışdı.

Bu dəfə Porye rəqibindən güclü olub. Beləliklə, Dastin Porye Konor Makqreqordan revanş almağı bacarıb.

Milli.Az