Dəniz quldurları Türkiyə gəmisini ələ keçiriblər, azərbaycanlı mühəndis öldürülüb - FOTO

23 Yanvar 2021 23:54

Qvineya sahillərində Türkiyəyə məxsus "Mozart" adlı gəmi dəniz quldurları tərəfindən girov götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə doğru üzən gəminin göyərtəsində 19 nəfər olub.

Məlumata əsasən, dəniz quldurları gəmidə olan ikinci mühəndis Fərman İsmayılovu qətlə yetiriblər, 15 nəfəri isə girov götürüblər.

Bildirilir ki, nigeriyalı dəniz quldurları razılaşma üçün xəbər gözləyirlər.

Milli.Az