Peyvənd vurdurmağa hazırlaşan insan bu QİDALARI yeməlidir

23 Yanvar 2021 23:05

Koronavirusa qarşı peyvənd vurdurmağa hazırlaşan insan öz qidalanmasında müəyyən dəyişikliklər  etməlidir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, bəzi qidaların istehlakı orqanizmdə peyvənddən sonra koronavirusa qarşı lazım olan anticisimlərin sintezini sürətləndirir.

Söhbət zülallarla zəngin olan qidalardan - yumurta, ət, balıq, süd məhsullarından gedir.

Anticisimlər zülaldan ibarət olan struktirlardır və onların sintezi üçün orqanizmə kifayət miqdarda zülal daxil olmalıdır.

Həmçinin mütəxəssislər qeyd ediblər ki, koronavirusdan sağalandan və həmçinin peyvənd vurdurduqdan sonra D vitamininə olan tələbat artır. Mütəxəssislər qidalanmada D vitamini ilə zəngin olan qidaların da miqdarını artırmağı tövsiyə edirlər. Bu qidalar arasında: balıq yağı, treska balığının qaraciyəri, yağlı balıq (forel, siyənək, skumbriya, sardina, tunes və s.), yumurta sarısı, göbələk, süd məhsullarıdır.

Milli.Az