Evinin həyətindən odlu silah tapıldı

23 Yanvar 2021 17:26

Şamaxı və Goranboy sakinlərindən qanunsuz silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Milli.Az-a verilən xəbərə görə, Goranboy polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə F. Aslanovun Safikürd kəndindəki yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan SVD markalı tüfəng və 140 ədəd tüfəng patronu aşkar edilərək götürülüb.

Şamaxı Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 2-ci Çaylı kənd sakini S. Həbibovdan müvafiq sənədləri olmayan TOZ markalı ov tüfəngi götürülüb.

Milli.Az