Azad Rəhimov səhhətindən danışdı

23 Yanvar 2021 12:05

Bir sıra kütləvi informasiya vasitələrində Gənclər və İdman naziri Azad Rəhimovun səhhətinin ağırlaşması, ABŞ-da hətta komaya düşməsi barədə xəbərlər yayılıb.

Milli.Az xəbər verir ki, REAL-ın ABŞ bürosu Gənclər və İdman naziri Azad Rəhimovun özü ilə indicə əlaqə saxlayıb.

Doğrudan da, ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin əsasən qaydasında olduğunu deyib. "Narahatlığa heç bir əsas yoxdur!"

Milli.Az