Ermənistanda Rusiya hərbçisi diri-diri yandı

23 Yanvar 2021 15:49

Bu gün Gümrü şəhərində 25 yaşlı Rusiya vətəndaşı Leonid Xomyakov idarə etdiyi "Opel" markalı avtomobillə Gümrü sakini, 83 yaşlı Seryoja Akopyana məxsus "KamAZ" maşınının qoşqusunun arxa hissəsinə çırpılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə nəticəsində "Opel"də yanğın baş verib. Xilasedicilər avtomobildə yaranan yanğını söndürüb, sürücünün kül olmuş meyitini tapıblar.

Faktla bağlı Ermənistan CM-nin 2-ci maddəsinin 242-ci bəndi üzrə (ehtiyatsızlıq üzündən insanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi) cinayət işi başlanıb.

Məlumata görə, L.Xomyakov Gümrüdə yerləşən Rusiya hərbi bazasında xidmət edirmiş...

Milli.Az