Gürcüstanda koronavirusla bağlı son vəziyyət

23 Yanvar 2021 15:10

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 998 nəfər yoluxub, 16 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da, qonşu ölkədə koronavirusa yoluxanların sayı 252 972, ölənlərin sayı isə 3 038 nəfərə çatıb.

Virusa yoluxanlardan 240 629 nəfərin sağaldığı bildirilir.

Milli.Az