Tramp özünə yeni məşğuliyyət tapacaq

23 Yanvar 2021 14:38

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünə yeni bir məşğuliyyət tapmaq niyyətində olduğunu, lakin bunu bir qədər sonra edəcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Donald Tramp bu barədə "Washington Examiner" nəşrinin jurnalistinin sualını cavablandırarkən bildirib. "Biz bir şey tapıb məşğul olacağıq, ancaq indi deyil",- deyə o bildirib. Bundan sonra Trampın köməkçiləri jurnalistdən getməsini tələb ediblər.

Qəzetin də bildirdiyi kimi, bu, Donald Trampın Prezidentlik müddəti bitdikdən sonra jurnalistlərə ilk açıqlamasıdır.

Köməkçilərindən biri bu həftənin əvvəlində Trampla bağlı "O, fasiləyə ehtiyac duyur. Ümid edirik ki, yalnız bir ay qolf oynayacaq, amma daim hərəkətdə olmalıdır", - qeyd etmişdi. 

Milli.Az