Milli parkda ov edən şəxs cəzalandırıldı

23 Yanvar 2021 14:05

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın "Ağquşa" postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Milli.Az bildirir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Trend-ə bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Milli.Az