Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər etdi

23 Yanvar 2021 13:20

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, xarici işlər naziri David Zalkaliani rəsmi Facebook səhifəsində məlumat verib.

Bildirilib ki, o, erməni həmkarı ilə Kaxeti bölgəsinin Tsinandali kəndində görüş keçirib. Nazirlər ölkələr arasında mövcud ikitərəfli əməkdaşlığı və əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Milli.Az