Araq zavodunun sahibi koronavirusdan vəfat etdi

23 Yanvar 2021 10:18

Tanınmış iş adamı, "Taimex" şirkətinin və "Ağsu" araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.

Milli.Az