“Facebook”un işində problemlər yaranıb

23 Yanvar 2021 11:15

Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, problemlərdən daha çox ABŞ, Niderland və Böyük Britaniyadan olan istifadəçilər şikayətçidir.

İstifadəçilərin əksəriyyəti (56%-ə yaxın) hesablarına girişdə problem yaşayır, daha 25%-i sosial şəbəkənin tamamilə işləməməsindən şikayətçidir, 18%-i isə xəbər lentinə baxmaqda çətinlik çəkir.

Milli.Az