Qarabağ qazisi şəhidlərin xatirəsinə muzey yaratdı - Onun indi bir arzusu var - VİDEO

23 Yanvar 2021 13:26

Torpaqlarımızın azadlığı urğunda şəhid olmuş şəxslərə duyduğumuz doğmalıq və ehtiram ummansızdır. Torpaq soyuq olsa da ürəyimizdəki yerləri daima istidir. Vətənsevərlər bacardıqları qədər şəhidlərimizə vəfa borcunu yerinə yetirməyə çalışırlar. Qarabağ qazisi Namiq Əliyev şəxsi təşəbbüsü ilə yaratdığı muzeydə artıq 3 ildir ki , yüzlərlə qəhrəmanımızın xatirəsini heykəl, portret və büst formasında əbədiləşdirilir. Qazimiz indi isə vətən müharibəsinin qəhrəmanlarının simalarını cizgilərini heykəllərə həkk etdirir. Namiq Əliyevin bir aruzusu da var ki, Bakıda yerləşən Mübariz İbrahimov adına Qəhrəmanlar Muzeyi Qarabağa köçürülsün.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, birinci Qarabağ döyüşlərinin qazisi Namiq Əliyev deyir ki, muzeyi öz şəxsi təşəbbüsü ilə təkbaşına qurub. Qazi şəhidlərimizin portret və büstlərini hazırlayaraq onların xatirəsini əbədiləşdirir.

Namiq Əliyev Qarabağ müharibəsində iştirak edərkən döyüş yoldaşlarının xatirəsini əbədiləşdirəcəyinə söz verib. Muzeydə Qarabağın fatehləri ilə yanaşı, Türkiyənin şəhid qəhrəmanlarının da büstü hazırlanıb.

Qarabağ qazisinin sözlərinə görə, muzeydə əsərlərin sayının az olmasının səbəbi onların bir hissəsinin şəhid ailələrinə hədiyyə edilməsidir.

Namiq Əliyev büstləri hazırlamaqla mənəvi rahatlıq tapdığını vurğulayıb.

Milli.Az