ÜST “Pfizer” şirkəti ilə müqavilə imzaladı

23 Yanvar 2021 09:32

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "COVAX" proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün Pfizer/BioNTech ilə müqavilə imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Baş direktor qeyd edib ki, bundan əlavə, 150 milyon doza AstraZeneca/Oxford peyvəndinin çatdırılması gözlənilir: "COVAX" proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq". 

"Pfizer"in İdarə Heyətinin baş icraçı direktoru Albert Burla bildirib ki, bu il 2 milyard doza peyvəndin göndərilməsi planlaşdırılıb: "Şirkət bu ilin birinci rübündə peyvəndlərin göndərilməsinə başlayacaq".

Milli.Az