Bakıda piyada qadını avtomobil vurub

23 Yanvar 2021 08:23

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə restoranın qarşısında qeydə alınıb.

1960-ci il təvəllüdlü Qazıbəyova Nəzakət Hacı qızı yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu minik maşını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az