Bakıda bazarın qarşısında kişini maşın vurub

23 Yanvar 2021 08:13

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının qarşısında baş verib.

1967-ci il təvəllüdlü Səlimxanov Oqtay Qüdrət oğlu yol kənarında olan zaman onu minik avtomobili vurub.

Yaralı aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az