Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı

22 Yanvar 2021 22:39

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Milli.Az