ABŞ-da COVID-19-dan ölənlərin sayı 410 mini ötüb

22 Yanvar 2021 19:52

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 188 952 yoluxma halı qeydə alınıb, 3955 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 24,6 milyon yoluxma qeydə alınıb.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 410 mini ötüb.

Milli.Az