Aktrisa çəkiliş meydanında panik atak keçirib

22 Yanvar 2021 18:46

Aktrisa Dakota Conson maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, verilişlərdən birinə qonaq olan Dakota "The friend" filminin çəkiliş meydanında panik atak  keçirdiyini deyib:

"Teatrda mahnı ifa edəcəkdim. Həmin an məni qorxu və stress bürüdü. Panik atak keçirdiyimi anladım. Böyük kütlənin qarşısında mahnı ifa etmək mənim üçün gözlənilməz və çox həyəcanverici idi. Həmin vaxt kamera arxa tərəfdən çəkiliş edirdi. Həyəcandan çevrilib aktyor heyətinə baxa bilmirdim.

Milli.Az