Uelsdə baş verən daşqın nəticəsində yüzlərlə ev su altında qalıb

22 Yanvar 2021 20:42

Uelsdə baş verən daşqın nəticəsində yüzlərlə ev su altında qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əraziyə gələn xilasetmə qayıqları 80 nəfəri evindən təxliyə edib, bəzi ailələr üçün helikopter çağırılıb. Xilas edilən sakinlər təhlükəsiz əraziyə aparılıb.

Bölgədə olan Kluyd çayı üzərindəki körpünün çökməsi nəticəsində çay öz axarını itirərək daşqının baş verməsinə səbəb olub.

Uels hökuməti, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlara və zərər çəkənlərə maddi yardım göstərəcəyini vəd edib.

Milli.Az