Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək

22 Yanvar 2021 20:07

Çindən Türkiyəyə ikinci partiya vaksinin gətirilməsi ilə bağlı razılıq əldə edilib.

Böyük ehtimalla bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Media nümayəndələrinin ölkədə COVID-19-a qarşı tətbiq edilən qadağaların yumşaldılması ilə bağlı sualını cavablandıran Prezident Ərdoğan bu məsələnin Nazirlər Kabinetinin növbəti iclasında müzakirə olunacağını, ictimai-iaşə obyektlərinin açılması fikrinin də bu müzakirələrə daxil ediləcəyini deyib.

Milli.Az