Pandemiyaya görə toyları iki dəfə təxirə düşən cütlük "Zoom"da evləndi - FOTO

22 Yanvar 2021 15:53

Aralarında 8000 kilometr məsafə olan cütlük bu gün səhər saatlarında "Zoom" proqramı vasitəsi ilə evlənib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, İngiltərədə yaşayan Andrew Bateman ondan 8000 kilometr uzaqlıqda, başqa ölkədə yaşayan sevgilisi Mitzi Guzmanla ailə qurub.

Pandemiya səbəbindən toyları iki dəfə tarixə düşən Andrew Bateman Meksikada yaşayan sevgilisi ilə onlayn formada evlənmək qərarına gəlib.

Bu gün səhər baş tutan onlayn toy Britaniyanın ITV kanalında yayımlanan "Good morning Britain" verilişində efirə verilib.

Milli.Az görüntüləri təqdim edir.

İsmayıl
Milli.Az