Azərbaycan ordusunun zabiti şəhid olub - FOTO

22 Yanvar 2021 14:44

Vətən Müharibəsinin ilk günlərindən Kəlbəcər istiqamətində itkin düşən 1997-ci il təvəllüdlü leytenant Şükürlü Elvin Azad oğlundan uzun müddət idi ki, ailəsi xəbər ala bilmirdi.

Milli.Az bildirir ki, bu gün Elvinin ailəsinə qəhrəmanımızın şəhid olduğu deyilib.

Şəhidimizin nəşi yaşadığı evdə vida mərasimi keçirilməsi üçün Cəlilabad rayonu Şiləvəngə kəndinə gətirilir. Daha sonra dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

Milli.Az