107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO

22 Yanvar 2021 14:41

Vətən müharibəsində itkin düşmüş şəxsin şəhid olduğu barədə xəbər gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 44 günlük müharibənin iştirakçısı Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid olması məlum olub.

Qeyd edək ki, R.Mikayılov Quba rayonu 2-ci Nügədi kəndindən olub. Baş leytenant R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.

Allah rəhmət eləsin.

Milli.Az