Bileti alındı, hava limanına yollanmadı - "Qalatasaray"ın anlaşdığı futbolçu

22 Yanvar 2021 15:47

"Qalatasaray"ın bir neçə gün əvvəl anlaşdığı sabiq futbolçusu Henri Onyekurunun İstanbula gəlişi yubanır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Monako"nun vingeri növbəti dəfə təyyarəyə minməyib.

Dünən gəlişi gözlənilən oyunçu üçün "sarı-qırmızılılar" bu gün də bilet alıblar. Lakin Nigeriya millisinin üzvü yenə Parisdəki hava limana yollanmayıb. Buna səbəb kimi Fransada koronavirus pandemiyası ilə əlaqədar sərt karantin rejiminin tətbiq edilməsi göstərilir. Onyekuru hazırda testin nəticələrini gözləyir. Yalnız ondan sonra Türkiyəyə yollanmasına icazə veriləcək.

Qeyd edək ki, "Qalatasaray" Onyekurunun yarım mövsümlük icarəyə götürülməsi ilə bağlı "Monako" ilə anlaşıb.

Milli.Az