Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı

22 Yanvar 2021 15:42

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Səmədli futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin Rusiya - Ermənistan və Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.

Rusiya - Ermənistan görüşü yanvarın 29-da, digər matç isə fevralın 3-də gerçəkləşəcək.

Milli.Az