Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab

22 Yanvar 2021 13:32

Təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiya prosesi haqqında məlumat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazir əlavə edib ki, sertifikatlaşdırma bu ilin prioritetlərindəndir:

"Hazırda yalnız prosesə hazırlıq mərhələsindən danışa bilərik. Bu, sürətli və qəfil baş verən proses olmayacaq. Ən azı, bu ilin birinci yarısında sertifikasiyanın keçirilməyəcəyini deyə bilərəm".

Milli.Az