Sefirin kızı”nda daha bir ayrılıq

22 Yanvar 2021 16:19

Türkiyədə yayımlanan məşhur "Sefirin kızı" serialından daha bir aktyor ayrılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Neslihan Atagüldən sonra "Gediz" obrazını canlandıran Uraz Kayqılaroğlu qısa müddətdə ekran işi ilə vidalaşacaq.

Onun serialı təxminən 2 aydan sonra tərk edəcəyi deyilsə də, Neslihanın gedişi ilə ssenaridə dəyişiklik olub. Layihədə tamamilə yeni bir hekayə başlayacaq və bir-iki bölümdən sonra tamaşaçılar "Gediz Işık" obrazı ilə sağollaşacaq.

Qeyd edək ki, N. Atagül səhhətində yaranan problemə görə serialdan uzaqlaşıb. Sürətlə arıqlayan aktrisa sızan bağırsaq sindromundan (LGS) əziyyət çəkir.

Milli.Az