Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri

22 Yanvar 2021 13:12

Orta məktəblərdə koronavirusun qarşısının alınması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bu gün keçirilən brifinqdə deyib.

R.Ağayev bildirib ki, şagirdlərin və müəllimlərin hərarətinin ölçülməsi, ara məsafəsinin qorunması, gigiyena qaydalarına riayət olunmasına ciddi nəzarət olunacaq.

Nazir müşaviri bildirib ki, əgər kimdəsə temperaturun yüksək oması müşahidə edilərsə həm şəxs dərhal izolyasiya olunacaq və zəruri tədbirlər görüləcək.

Milli.Az