Uşaq bağçaları və tədris kursları nə vaxtdan açılacaq? - RƏSMİ CAVAB

22 Yanvar 2021 13:02

Bağçaların fevralın 15-dək açıla biləcəyinə ümid edirik, lakin hazırda bununla bağlı proqnoz vermək çətindir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

E.Əmrullayev əlavə edib ki, fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur.

Milli.Az