TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb

22 Yanvar 2021 16:04

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu İtaliyada tikinti işləri zamanı başqa yerə köçürülmüş zeytun ağaclarını əvvəlki yerinə qaytarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Xylella" bakteriyası ilə yoluxma səbəbi ilə kəsilmiş ağaclar bakteriyalara daha dayanıqlı gənc ağaclarla əvəz edilib.

Daha sonra podratçılar boru kəmərinin yolu üzərindən yığışdırılmış 828 zeytun ağacını əvvəlki yerinə qaytarıb. Bundan başqa, "Xylella" bakteriyasına daha dayanıqlı 930 zeytun fidanı 8 kilometrlik dəhliz boyunca yoluxma səbəbi ilə kəsilmiş ağacların yerinə salınır.

Milli.Az