Yaşı 50-dən çox olan müəllimlər vaksinasiya olunacaq

22 Yanvar 2021 12:56

Artıq vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda 15698, bölgələrdə isə 32600 müəllimin yaşı 50-dən çoxdur: "Biz bu müəllimlərin vaksinasiyasını tövsiyə edirik".

Milli.Az