Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağası müvəqqətidir - Nazirlik

22 Yanvar 2021 12:32

Qazaxıstanın Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti xarakter daşıyır.

Bu barədə Milli.Az-a Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, fitosanitar nəzarət keçirilən zaman Azərbaycandan idxal edilən pomidorlarda 17 halda qəhvəyi meyvə qırışı virusu aşkar edilib:

"Bununla əlaqədar olaraq müvəqqəti karantin fitosanitar tədbirləri tətbiq olunub. Bu barədə Azərbaycanın müvafiq qurumlarına bildirişlər göndərilib".

Nazirlikdən bildiriblər ki, qəhvəyi meyvə qırışı virusu badımcankimilər məhsulunun 30-70 faizinin itirilməsinə səbəb ola bilər, virusun Qazaxıstan ərazisində yayılmasının qarşısının alınması məqsədilə yanvarın 16-dan etibarən idxala məhdudiyyət tətbiq edilib.

Milli.Az