Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır

22 Yanvar 2021 12:10

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsini araşdırır.

Bu barədə Milli.Az-a Agentlikdən bildiriblər.

Məlumata əsasən, 5-14 yanvar tarixlərində Qazaxıstana qəhvəyi meyvə qırışı virusu daşıyan pomidorların ixrac olunması barədə 17 bildiriş daxil olub:

"Hazırda bu istiqamətdə Qazaxıstanın müvafiq qurumları ilə araşdırmalar aparılır".

Qeyd edək ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan pomidor idxalını dayandırdığını elan edib.

Milli.Az