"Evdə uşaqlarımı gəzdirmək üçün avtomobil almalı idim. Ayrı-ayrı dərslərə gedirlər. Onları aparmağa çatdırmırdım. Ehtiyac duyuldu ki, ikinci maşın olsun. Avtosalonun sahibindən xahiş etdim ki, ilkin ödəniş edim və qalanın sonra verim. Amma ödəyə bilmirəm".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Samirə Əliyeva "Onun sirri" proqramında deyib. Sənətçi bildirib ki, hazırda avtosalona 15 min borcu var:
"15 min borcum qaldı. İndi də ödəyə bilmirəm. Amma ödəyəcəm. Ədalət Şükürovdan xahiş etdim ki, zamin dursun. Ona böyük qardaş deyirəm. O da zamin durub".
Milli.Az