Almaniyada son sutkada 859 nəfər koronavirusdan ölüb

22 Yanvar 2021 13:09

Almaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 17 862 nəfər yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, son sutkada 859 nəfər koronavirusdan vəfat edib. Bununla da ölkədə indiyədək xəstəlikdən ölənlərin sayı 50642 nəfərə çatıb.

Qeyd edək ki, Almaniyada ümumilikdə 2 106 262 nəfər koronavirusa yoluxub.

Milli.Az